Çempionumuz Amerikaya niyə getdi? – FOTOLAR
Bizi izləyin

İdman

Çempionumuz Amerikaya niyə getdi? – FOTOLAR

Çempionumuz Amerikaya niyə getdi? – FOTOLAR

Azərbaycan Milli Paralimpiya komitəsinin cüdo üzrə milli komandası ABŞ-ın Kolorado Sprinqs şəhərində keçiriləcək dünya çempionatında iştirak etmək üçün ABŞ-a yola düşüb.

İdmançılar arasında ikiqat paralimpiya çempionu cüdo üzrə əməkdar idman ustası, komandanın kapitanı İlham Zəkiyev də var. Publika.az xəbər verir ki, iki dəfə dünya çempionu olmuş Zəkiyev 3-cü dəfə bu adı qazanmaq niyyətindədir.

Bu barədə İlham Zəkiyev özü məlumat verib: “Mənim yolum dünya çempionluğu üçün Koloradoyadır”.

Qeyd edək ki, idmançılar Amerikaya baş məşqçi İbrahim İbrahimovun rəhbərliyi ilə yola düşüb.

Cüdoçulaımız kişilər arasında 60, 66, 73, 81, 90, 100, +100 kq çəkidə, qadınlar arasında isə 48, 57 və 63 kq çəkidə yarışlara qatılacaqlar. Bu yarışda qızıl medal qazanan idmançılar 2016-cı ildə Braziliyanın Rio De Janeyro şəhərində keçiriləcək XV-ci yay paralimpiya oyunlarında iştirak üçün birbaşa lisenziya qazanmış olacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm