Prezidentə kinayəli mesaj göndərdi - FOTOLAR
Bizi izləyin

İdman

Prezidentə kinayəli mesaj göndərdi - FOTOLAR

Prezidentə kinayəli mesaj göndərdi - FOTOLAR

"Fənərbaxça" rəhbərliyi legioner limiti qərarına görə yollarını ayırdığı Kristian Baroni və Cozef Yobo üçün mərasim təşkil edib.

Publika.az-ın verdiyi xəbərə görə, bu mərasimdə Baroninin geydiyi köynək diqqətlərdən yayınmayıb. Belə ki, braziliyalı futbolçu meydana üzərində "Underated" yazılmış bir futbolka ilə çıxıb.

"Underated" ingilis geyim brendidir. Ancaq bu markanın ingilis dilində başqa bir sözə bənzərliyi ağıllarda sual işarəsi yaradıb. “Underrated” sözü ingilis dilində "Haqq etdiyi dəyəri almamış" mənasını verir. Bu söz ilə marka arasında yalnız bir hərf fərqi var. Marka bir "r" ilə yazılır, digər söz isə ("underrated") iki "r" ilə yazılır.

Bu arada diqqət çəkən digər bir məqam isə Kristian Baroninin bu köynəyi meydana çıxmamışdan əvvəl geyməsi olub. Soyunub-geyinmə otağında komanda yoldaşları ilə vidalaşarkən başqa köynəkdə olan Baroni, meydana çıxarkən "Underated" yazan futbolkanı geyinib.

Baroninin bunu qəsdən etdiyi bilinmir. Ancaq bunun klubun prezidenti Aziz Yıldırıma bir mesaj olaraq edildiyi deyilir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm