Füzuli Ələkbərov Hacıağa Hacıəhmədovu qovur - ÖZƏL
Bizi izləyin

İdman

Füzuli Ələkbərov Hacıağa Hacıəhmədovu qovur - ÖZƏL

Füzuli Ələkbərov Hacıağa Hacıəhmədovu qovur - ÖZƏL

Cüdo üzrə milli komandanın baş məşqçisi Hacıağa Hacıəhmədov vəzifəsindən uzaqlaşdırıla bilər.

Publika.az-ın Cüdo Federasiyasındakı mənbədən əldə etdiyi məlumata görə, Hacıəhmədovun işindən bir o qədər də razı qalmayan rəhbərlik onunla yolları ayırmağa qərar verib.

Məlumatda bildirilir ki, artıq Hacıəhmədovu əvəzə edəcək mütəxəssis də bəllidir. Belə ki, rəhbərlik Ağayar Axundzadəni keçmiş vəzifəsinə - millinin baş məşqçi postuna qaytarmaq istəyir. Ancaq Hacıağa Hacıəhmədov federasiyadan tam uzaqlaşdırılmayacaq. Ona Azərbaycan Cüdo Federasiyasında iş veriləcəyi deyilir.

Xatırladaq ki, Hacıəhmədov bu ilin fevralında yığmamızda avstriyalı Peter Zayzenbaheri əvəzləmişdi.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm