Mərkəzi arenanı belə “şumladılar”
Bizi izləyin

İdman

Mərkəzi arenanı belə “şumladılar”

Mərkəzi arenanı belə “şumladılar”

"Qarabağ" Avroliqadakı rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün bərbad durumda olması "Neftçi" və "Qarabağ"ın Avropa Liqasındakı ev oyunlarındakı çıxışına təsirsiz ötüşmədi. Publika.az xəbər verir ki, problemi həll etmək üçün stadionun ot örtüyünün dəyişdirlməsinə başlanılıb.

AFFA, Gənclər və İdman Nazirliyi və Respublika stadionunun rəhbərliyi arasında görüş keçirilib. Görüş zamanı qazonun dəyişdirilməsinə qərar verilib. 16 gün ərzində stadionun ot örtüyü yenisi ilə əvəz olunacaq.

Qeyd edək ki, "Qarabağ" Avroliqada ilk matçını sentyabrın 18-də Respublika stadionunda "Sent Etyen"ə qarşı keçirəcək. Bu oyuna qədər arena tam hazır vəziyyətə gətiriləcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm