“Aslan” şərtləri açıqladı
Bizi izləyin

İdman

“Aslan” şərtləri açıqladı

“Aslan” şərtləri açıqladı

"Qalatasaray" transfer pəncərəsinin son saatlarında iki keçidi rəsmiləşdirib.

Publika.az xəbər verir ki, İstanbul klubu Qoran Pandev və Blerim Cemaili ilə müqavilə bağlayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu İtaliyanın "Napoli" klubundan gəlib. Onlar dünən Liv Hospitalda tibbi müayinədən keçib.

"Qalatasaray" hər iki oyunçunun maaşını açıqlayıb. Qoran Pandevlə 1+1 illik müqavilə imzalanıb. Makedoniyalı futbolçu 2014/15 mövsümündə 27 matçın hər birində ən azı 30 dəqiqə oynasa anlaşmasının müddəti 1 il artırılacaq. O, 2014/15 mövsümündə 2,4 milyon avro maaş alacaq. "Qalatasaray"da qalacağı halda isə 2015/16 mövsümündə bu məbləğ 2,1 milyon avroya düşəcək.

Blerim Cemailinin müqavilə müddəti isə 3 ildi. Makedoniya əsilli isveçrəli futbolçuya görə "Napoli"yə 2 milyon 350 min avro transfer haqqı ödənəcək. O, özü isə 2014/15 mövsümündə 2 milyon 400 min, 2015/16 və 2016/17 mövsümlərində 2,1 milyon avro maaş alacaq.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm