Hindistanda Ronaldinyo hərəkatı
Bizi izləyin

İdman

Hindistanda Ronaldinyo hərəkatı

Hindistanda Ronaldinyo hərəkatı

Hindistanın Super Liqa komandalarından olan “Chennai” Ronaldinyonu heyətinə qatmaq istəyir.

Publika.az xəbər verir ki, klubun prezidenti Praşant Aqarual ulduz futbolçunu heyətə qatmaq üçün bütün mümkün vasitələrə əl atır. "Sky Sports"a danışan Aqarual Ronaldinyonu transfer etmək üçün əllərindən gələni etdiklərini və onu Hindistanda görməyə can atan 1,2 milyard adamdan sadəcə biri olduğnuu söyləyib.

“A seriyasında uzun illər bir çox futbolçuyla işlədim və Romaya bir neçə transferi həll etmək üçün gedirəm. Ronaldinyonu da bu layihənin bir hissəsi kimi görə bilsək şad olacağıq. Onun kimi bir futbolçu üçün uyğun bir məbləği ödəyə biləcəyimizə əminəm”.

Qeyd edək ki, Alessandro Del Piero, David Trezege, Robert Pires, Freddie Lyunberq, David Ceyms və Luis Qarsia kimi futbolçular da bu mövsüm Hindistanda oynayacaqlar.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm