Maradonadan Roma Papasına hədiyyə
Bizi izləyin

İdman

Maradonadan Roma Papasına hədiyyə

Maradonadan Roma Papasına hədiyyə

Argentina futbolunun əfsanəsi Dieqo Maradona Roma Papası ilə görüşüb.

Publika.az xəbər verir ki, Maradona Papaya Argentina millisinin formasını hədiyyə edib. 10 nömrəli formada Papanın adı – Fransisko yazılıb.

Maradona Roma Papası ilə sentyabrın 1-də Romanın Olimpiya stadionunda keçirilən “dinlərarası dünya oyunu”ndan əvvəl görüşüb. Bu qarşılaşmanın keçirilməsinin təşəbbüskarı Argentina millisinin keçmiş futbolçusu Xavyer Zanetti və Roma Papası olub.

Qarşılaşmada Maradona ilə yanaşı Zinəddin Zidan, Samuel Eto'o, Françesko Totti, Roberto Baccio kimi ulduzlar da iştirak ediblər.

Görüşdən əldə olunan gəlir xeyriyyə işlərinə sərf olunacaq.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm