Vitse-prezident ona görə üzr istədi
Bizi izləyin

İdman

Vitse-prezident ona görə üzr istədi

Vitse-prezident ona görə üzr istədi

Kolumbiyalı hücumçu Radamel Falkaonun “Monako”dan “Mançester Yunayted”ə keçdiyi barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, Falkaonun keçidi “Monako” azarkeşlərinin narazılığına səbəb olub. Onlar komandanın liderinin “Mançester Yunayted”ə keçidinə görə klub rəhbərliyini günahlandırıblar.

“Monako”nun vitse-prezidenti Vadim Vasilyev məsələ ilə bağlı azarkeşlərə müraciət edib:

“Falkaonun gedişinə görə azarkeşlərimizdən üzr istəyirəm. Biz hiss etdik ki, onu saxlamaq mümkün olmayacaq. Böyük klublar bizim futbolçularla maraqlanır.

Ancaq biz layihəmizi də dayandırmırıq, inkişaf etdiririk. Radamelə uğurlar arzulayıram, ancaq əminəm ki, bu mövsüm bizim uşun də uğurlu olacaq”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm