“Neftçi” gözləyir, PFL rəsmisi isə Musayevin kabinetindən çıxmır
Bizi izləyin

İdman

“Neftçi” gözləyir, PFL rəsmisi isə Musayevin kabinetindən çıxmır

“Neftçi” gözləyir, PFL rəsmisi isə Musayevin kabinetindən çıxmır

Azərbaycan Premyer Liqasının V turu çərçivəsində yeni mövsümün ilk "böyük oyun"u baş tutacaq.

Son günlər sosial şəbəkələrdə "Neftçi" və "Xəzər Lənkəran" azarkeşlərini ən çox düşündürən məsələ 2013-cü ildə bu klublar arasında keçirilən matçda baş vermiş insidentə görə verilən qərardır.

Belə ki, Lənkəranda keçirilən və qalmaqalla yadda qalan oyundan sonra AFFA İntizam Komitəsi bu komandalar arasında keçiriləcək oyunlarda qonaq azarkeşlərin iştirakına qadağa qoyub.

Lakin qərar bu mövsüm üçün keçərli deyil. Belə ki, 2013-cü ilin aprel ayının 26-da verilən qərarda qeyd olunub ki, bu qadağa həmin mövsümə aid olunur.

- 2013/2014 mövsümü Topaz Premyer Liqası və Azərbaycan kuboku matçlarında bu klubların öz aralarında keçirəcəyi oyunlarda qonaq komandanın azarkeşlərinin stadionlarda iştirakına qadağa qoyulur.

Maraqlıdır, elə isə sentyabrın 13-də keçiriləcək "Neftçi" - "Xəzər Lənkəran” oyununa lənkəranlı azarkeşlər buraxılacaqmı?

Məsələ ilə bağlı həm PFL-in, həm də “Neftçi”nin mövqeyini öyrənməyə çalışdıq. PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevin cavabı belə oldu:

“Ramin Musayevin kabinetinə girim, məsələni öyrənim, sizə cavab verərəm”.

Ancaq nə qədər gözləsək də, Şahgəldiyev Ramin Musayevin kabinetindən çıxmadı ki, çıxmadı...

“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə isə bildirdi ki, klub AFFA-nın verəcəyi qərara uyğun addım atacaq:

“Veriləcək qərara hörmətlə yanaşacağıq. Hansı qərar verilərsə, ona da əməl edəcəyik. İcazə verilsə, “Xəzər Lənkəran” azarkeşlərini stadiona buraxacağıq. İcazə verilməsə yox..”

Aygün İlqarqzı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm