Fransa futbolunun ulduzu “Qarabağ”da – FOTOFAKT
Bizi izləyin

İdman

Fransa futbolunun ulduzu “Qarabağ”da – FOTOFAKT

Fransa futbolunun ulduzu “Qarabağ”da – FOTOFAKT

"Qarabağ"la bağlı ortaya yeni iddia atılıb.

Publika.az xəbər verir ki, Ağdam klubunun Fransa yığmasının sabiq üzvü Florent Maludanı heyətinə qatdığı iddia olunur.

Artıq wikipedia.org saytı onu "Qarabağ"ın futbolçusu kimi təqdim edib. Onun "Metz"ə keçəcəyi barədə xəbərlər yayılmışdı. "Qarabağ" hələlik xəbəri nə təkzib, nə də təsdiq edib.

Qeyd edək ki, Maluda karyerasına 1996-cı ildə Fransanın "Şatoru" klubunda başlayıb (1996-2000). Daha sonra "Genqam" (2000-2003) və Lion "Olimpik"inin (2003-2007) formasını geyinən futbolçu 2007-ci ildə transfer olunduğu "Çelsi"də 6 il çıxış edib (2007-2013). O, 2013/14 mövsümünü "Trabzonspor"da keçirib.

Maluda Fransa çempionluğunu (4 dəfə), Superkubokunu (3), İngiltərə çempionluğunu (1), Federasiya Kubokunu (3), Superkubokunu (1) və Çempionlar Liqasını (1) qazanıb.

34 yaşlı yarımmüdafiəçi 2004-2012-ci illərdə 80 dəfə Fransa millisinin formasını geyinib və 9 qola imza atıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm