• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Prezident Avropa İttifaqına qarşı

  • İdman
  • 3 Sentyabr 2014 09:50
  • 450 Baxış
Prezident Avropa İttifaqına qarşı

Rusiya Krımın işğalından sonra bir sıra sanksiyalarla üzləşib.

Avropa İttifaqına daxil olan ölkələr Rusiyaya idman sahəsində də sanksiyalar tətbiq edilməsini tələb edirlər. Aİ ölkələri işğalçı dövlətdə beynəlxalq yarışların keçirilməsini məqbul hesab etmir.

Avropa İttifaqına daxil olan bir sıra ölkələr Rusiyanın FİFA və UEFA-nın tərkibindən çıxarılması üçün qanun layihəsi də hazırlayıb. Aİ 2018-ci ildə keçiriləcək dünya çempionatının təşkilatçılıq hüququnun da Rusiyadan alınmasını tələb edir.

Publika.az xəbər verir ki, FİFA prezidenti Jozef Blatter bu məsələ ilə bağlı mövqeyini açıqlayıb. Blatter Avropa İttifaqının tələbinə qarşı çıxıb:

“2018-ci ildə dünya çempionatı Rusiyada keçiriləcək. Təşkilatçılıq hüququnun başqa ölkəyə verilməsindən söhbət belə gedə bilməz. Biz 2018 və 2022-ci ildə keçiriləcək mundialın təşkilatçılarına inanırıq. Hazırda məsələ ilə bağlı FİFA-nın etika komitəsinin qərarını gözləyirik”.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR