“Köhlən atlar” Dnepropetrovska getməyəcək
Bizi izləyin

İdman

“Köhlən atlar” Dnepropetrovska getməyəcək

“Köhlən atlar” Dnepropetrovska getməyəcək

UEFA Ukrayna klubları ilə bağlı qərarını açıqlayıb.

Publika.az xəbər verir ki, qitə futbol qurumu Ukraynada baş verənləri nəzərə alaraq Dnepropetrovsk, Xarkov və Odessada Avroliqa matçlarının keçirilməsinə qadağa qoyub.

Bu isə o deməkdir ki Avroliqanın qrup mərhələsi çərçivəsində “Qarabağ” “Dnepr”lə səfər matçını Dnepropetrovskda keçirməyəcək.

“Dnepr” Avropa Liqasının oyunlarını Kiyevdə keçirəcək. Donetskin “Şaxtyor” komandası isə Çempionlar Liqasının oyunlarında rəqiblərini Lvov stadionunda qəbul edəcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm