Bakıda İsrailə, Moskvada Rusiyaya qarşı
Bizi izləyin

İdman

Bakıda İsrailə, Moskvada Rusiyaya qarşı

Bakıda İsrailə, Moskvada Rusiyaya qarşı

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti yoxlama matçına çıxır.

Publika.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamızın budəfəki sınaqçı rəqibi Rusiya olacaq.

Bu komanda millimiz üçün tanış rəqibdi. Belə ki, Rusiya iki dəfə dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına rəqib olub. 4 dəfə qarşılaşmış komandaların görüşlərində ruslar hər iki ev oyununda qələbə qazanıb, Bakıdakı görüşlər isə eyni hesabla bitib - 1:1. Yoxlama oyunları çərçivəsində isə bu komandalar ilk dəfə üz-üzə gələcəklər.

Rusiya ilə oyun yığmamızın AÇ-2016-nın seçmə mərhələsi öncəsi son sınağıdı. Sentyabrın 9-da komandamız Bakıda yeni tsiklin açılış oyununda Bolqarıstanı qəbul edəcək. Ona görə də baş məşqçi Berti Foqts Moskvadakı görüşdə məhz qarşıdakı rəsmi oyun üçün heyəti müəyyənləşdirməyə çalışacaq.

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması da meydana çıxacaq. U-21 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində son ev oyununu keçirəcək. Bernard Lippertin yetirmələri qrup ikincisi olan İsraili qəbul edəcək.

Yığmamız bu rəqiblə görüşdə ilk oyunda aldığı biabırçı məğlubiyyətin qisasını almağa çalışacaq. İsraildə keçirilmiş ilk oyunda yığmamız 2:7 hesablı məğlubiyyətlə üzləşmişdi. Qazanılacaq xal və ya xallar sayəsində millimiz həm də sonuncu pillədən qurtula bilər.

Qeyd edək ki, yığmamız son turda - sentyabrın 9-da qrupun aşkar lideri Portuqaliyanın qonağı olacaq. Ona görə də millimiz son ev oyununda xal ehtiyatını yaxşılaşdırmağa çalışmalıdı. Əks halda qrup sonunculuğundan qurtulmaq çətin olacaq.

Yoxlama oyunu

3 sentyabr

20:00. Azərbaycan – Rusiya

Baş hakim: Rövşən İrmatov (Özbəkistan).

Moskva. “Ximki Arena”.

AÇ-2015-in seçmə mərhələsi

8-ci qrup

3 sentyabr 19:00.

Azərbaycan - İsrail

Hakimlər: Andris Treymanis, Aleksey Spasionikov, Raymond Tatrik, Vitali Spasyonnikov (hamısı Latviya).

Hakim-inspektor: Konrad Plauts (Avstriya).

UEFA nümayəndəsi: Volf Qünter Vizel (Almaniya).

Bakı. “Dalğa Arena”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm