Həftənin deyimləri: “Onda görərik ki, kimdir “yatmış nəhəng”
Bizi izləyin

İdman

Həftənin deyimləri: “Onda görərik ki, kimdir “yatmış nəhəng”

Həftənin deyimləri: “Onda görərik ki, kimdir “yatmış nəhəng”

Futbol təkcə meydanda oynanılmır.

Futbol həm də meydandan kənarda oynanılır. Amma meydandan kənarda futbol topla yox, strategiya, siyasətlə oynanılır.

Təbii ki, belə “oyun” zamanı həm də maraqlı fikirlər ortaya çıxarır.

Publika.az son bir həftə ərzində futbolçular, klub rəhbərləri tərəfindən deyilmiş ən maraqlı fikirləri təqdim edir:

Tomas Müllür, “Bavariya”nın hücumçusu:

“Futbol dünyası akulaların olduğu akvariumu xatırladır. Orda ancaq güclülər yaşayır. Zədən varsa, yaxşı oynamırsansa, onda dərhal kimsə peyda olacaq və sənin yerini tutacaq”.

Roman Pavlyuçenko, “Lokomotiv”in hücumçusu:

“Bəli, Rusiayda hamının futboldan başı çıxır, təkcə futbolçulardan başqa. Rahat kresloda oturub meydana tərəf qışqırmaqdan asan iş yoxdur. Mən tribunada oturub futbola baxanda Zinəddin Zidan oluram. Nə vaxt ki, karyeranız ərzində 170 qol vurarsız, onda görərik kimdir “yatmış nəhəng”.

Naser Əl-Xələfi, PSJ-nin prezidenti:

“Mən bilmirəm, Mişel Platini Fransa futbolunun ölməsini istəyir, ya yox. Amma onu bilirəm ki, maliyyə feyr-pleyi ədalətli deyil. Yenə də böyük klublar böyük, kiçik klublar kisik olaraq qalır. Biz qaydalara hörmət edirik, ancaq bu məsələni UEFA ilə müzakirə etmək istəyirik. Ən azı prinsiplərin azca da olsa dəyişəcəyini gözləyirik. Əks təqdirdə investorlar futbola yatırım qoymayacaq, başqa idman növlərinə yönələcəklər. Məsələn “Formula-1”ə.

Vadim Vasilyev, “Monako”nun vitse-prezidenti:

“Fikirləşdik ki, ulduz futbolçular sponsorların cəlb olunmasına təkan verəcək. Biz daha çox gəlir gözləyirdik. Ancaq onlar gəlmədi. Falkao “Monako”ya gələndə xeyli danışıqlar oldu. Sponsorlar isə növbəyə dayanmadı. O vaxt anladıq ki, sponsorların cəlb olunması üçün vaxta ehtiyac var. Bunun üçün illər tələb olunur”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm