Rusiya prezidentin əmlakına həbs qoydu
Bizi izləyin

İdman

Rusiya prezidentin əmlakına həbs qoydu

Rusiya prezidentin əmlakına həbs qoydu

Ukraynanın "Dnepr" klubunun prezidenti və Dnepropetrovsk vilayətinin qubernatoru İqor Kolomoyskinin Rusiyanın paytaxtı Moskvadakı əmlakına həbs qoyulub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, bu addım Ukrayna güc strukturlarının Donetsk və Luqanskdakı əməliyyatları ilə əlaqədar atılıb. Kolomoyskinin Ukraynanın cənub-şərqində aparılan əməliyyatların maliyyələşdirilməsində əli olduğu iddia edilir.

"Dnepr"in prezidenti Moskvada olan əmlakını icarəyə verib. Rusiya tərəfi iddia edir ki, məhz icarədən əldə olunan gəlir Ukrayna qoşunlarının rusların yaşadığı ərazilərə hücumlarının maliyyələşdirilməsinə yönəldilib.

Qeyd edək ki, "Dnepr" Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la eyni qrupda yer alıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm