Saxtakarlıq - Qiymətlər 100 milyon şişirdilib
Bizi izləyin

İdman

Saxtakarlıq - Qiymətlər 100 milyon şişirdilib

Saxtakarlıq - Qiymətlər 100 milyon şişirdilib

"Football Observatory" adlı qurum bu yay "Mançester Yunayted"in etdiyi transferləri dəyərləndirib.

Publika.az xəbər verir ki, bu bardə "Mirror" qəzeti məlumat yayıb. Qurum MY-nin bütün transferlərə 10 milyon funt sterlinq artıq ödədiyini düşünür.

Qurum rəhbərliyi iddia edir ki, "Mançester Yunayted" Di Maria üçün 30 milyon funt "bədxərclik" edib. Belə ki, argentinalı futbolçunun keçidi üçün 59,7 milyon funt ödənilmişdi. "Football Observatory" isə argentinalını 30 milyon funt dəyərləndirir.

Təşkilat Ander Errera, Lyuk Şou, Kalum Çembers və Aleksis Sançesin qiymətinin şişirdildiyini düşünür.

Qeyd edək ki, Mario Balotellinin transfer dəyəri qurum tərəfindən 37 milyon avro müəyyən edilsə də, "Liverpool" hücumçunu 16 milyon avroya almağı bacarıb.

Uelbek, Lukaku və Federiko Fazionun transfer qiymətlərini isə qurum normal qəbul edib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm