Torpağını əlindən aldılar – “Savaşacam” deyir
Bizi izləyin

İdman

Torpağını əlindən aldılar – “Savaşacam” deyir

Torpağını əlindən aldılar – “Savaşacam” deyir

"Fənərbaxça"nın nigeriyalı futbolçusu Emmanuel Emenike ciddi problemlə üzləşib.

Publika.az xəbər verir ki, onun futbol akademiyası açmaq üçün aldığı 13 hektarlıq ərazi əsgərlər tərəfindən tutulub.

Emenike bildirib ki, may ayında Enuqu əyalətində satın aldığı torpaq sahəsi hazırda hərbçilərin nəzarəti altındadır. O, torpağının 180 min dollar dəyəri olduğunu bildirib:

"Pul qazanmaq üçün çox çalışıram. Bu akademiyanı qurmaq mənim arzum idi. Başqaları kimi dövlətdən pulsuz torpaq istəməmişdim. Siyasətçi deyiləm, hökumətin mənim pulumla nə dərdi ola bilər? Torpağımı geri almaq üçün lazım olsa, savaşaram".

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm