Nazir Qabriella Battaini-Draqonini ilə Bakı–2015-i müzakirə etdi
Bizi izləyin

İdman

Nazir Qabriella Battaini-Draqonini ilə Bakı–2015-i müzakirə etdi

Gənclər və idman naziri Azad Rəhimov Avropa Şurası Baş Katibinin müavini Qabriella Battaini-Draqonini qəbul edib. Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə nazir Azad Rəhimov 2015-ci ildə Bakı şəhərində keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq işlərinin gedişi ilə bağlı məlumatlar verib.

Eyni zamanda, nazir Azərbaycanın Avropa Şurasında sədrliyi dövründə həyata keçiriləcək bir sıra tədbirlər haqqında da qonağı məlumatlandırıb.

Bununla yanaşı, oktyabrın 1-5 tarixlərində Qəbələ şəhərində keçiriləcək Avropa Şurasının “Nifrət nitqinə yox” kampaniyasının beynəlxalq forumu və 28-30 oktyabr tarixlərdə Bakı şəhərində keçiriləcək Gənclər siyasəti üzrə Qlobal Gənclər Forumu da qonaqla müzakirə edilib.

2014-cü ilin sentyabr ayında İsveçrənin Makkolin şəhərində keçiriləcək Avropa Şurasının İdmana məsul nazirlərinin növbəti görüşünün mövzuları ətrafında da fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm