Bu gün Almaniya–Argentina “finalı” olacaq
Bizi izləyin

İdman

Bu gün Almaniya–Argentina “finalı” olacaq

Bu gün Almaniya – Argentina “finalı” olacaq

Bu gün yığma komandalar növbəti yoxlama oyunlarını keçirəcək.

Publika.az xəbər verir ki, Azərbaycan millisinin Rusiyanın qonağı olacağı gündə 12 qarşılaşma baş tutacaq.

Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki rəqiblərindən olan Norveç İngiltərənin qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 00.00-da başlayacaq.

Türkiyə yığması səfərdə Danimarkanı sınağa çəkəcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23.00-da çalınacaq.

Gecənin ən maraqlı qarşılaşması Almaniya və Argentina arasında baş tutacaq. Son dünya çempionatının finalçılarının görüşü saat 23.45-də başlayacaq. Braziliyada keçirilən mundialın finalında qarşılaşan rəqiblərin duelini almanlar qazanmışdı - 1:0.

Yoldaşlıq oyunları

3 sentyabr

13.00 Fələstin - Myanmar

16.00 Filippin - Tayvan

20.00 Rusiya - Azərbaycan

21.30 Litva - BƏƏ

22.00 Ukrayna - Moldova

22.45 Latviya - Ermənistan

23.00 Danimarka - Türkiyə

23.15 Çexiya - ABŞ

23.45 Almaniya - Argentina

23.45 İrlandiya - Oman

00.00 İngiltərə - Norveç

00.00 Mərakeş - Qətər

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm