Prezident dərnək rəhbəri ilə əlbəyaxa oldu – VİDEO
Bizi izləyin

İdman

Prezident dərnək rəhbəri ilə əlbəyaxa oldu – VİDEO

Prezident dərnək rəhbəri ilə əlbəyaxa oldu – VİDEO

"Fənərbaxça"nın prezidenti Aziz Yıldırım qalmaqal iştirakçısı olub.

Publika.az xəbər verir ki, Yıldırmla "1461 Trabzonspor"lular dərnəyinin rəhbəri İbrahim Tüfekçi əlbəyaxa olub.

Dərnək rəhbəri İbrahim Tüfekçi İstanbul Sabiha Gökçen hava limanında "Fənərbaxça"nın prezidenti Aziz Yıldırımla qarşılaşıb. O, Yıldırıma kinayəli şəkildə sual verib:

"Aziz bəy, vicdanınız rahatdırmı? Oyun "alqı-satqı"sı etməyə utanmadınızmı?”.

Aziz Yıldırım bu suala "çox rahatam" cavabını verdikdən sonra Tüfekçiyə söyüş söyüb. Ardınca “Fənərbaxça”nın prezidenti ayağa duraraq İbrahim Tüfekçiyə yumruq atıb.

Məlumatda bildirilir ki, Aziz yıldırımın yumruğu boşa çıxınca, dərnək rəhbəri onun yanında olan 7-8 nəfərlik bir qrupun hücumuna məruz qalıb. İ.Tüfekçi mühafizəçilər tərəfindən hadisə yerindən uzaqlaşdırdırılıb.

Trabzona gedən Tüfəkçi belə açıqlama verib:

“Aziz Yıldırımı gördükdə dözə bilmədim. Ona bu sualı verməliydim. Amma gözləmədiyim bir hücumla qarşılaşdım. Aziz Yıldırımı vurmağı belə düşünmədim. Yalnız reaksiyamı göstərdim. Sualıma cavab vermək əvəzinə, üstümə hücum etdi, söyüş söydü”.

Bu vaxt baş verən qalmaqal həvəskar kamera tərəfindən çəkilib. Görüntüdə "Fənərbaxça" rəhbəri Aziz Yıldırımın İbrahim Tüfekçiyə bir neçə dəfə “tərbiyəsiz hərif” dediyi də eşidilir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm