“Wikipedia”nı təkzib etdi
Bizi izləyin

İdman

“Wikipedia”nı təkzib etdi

“Wikipedia”nı təkzib etdi

"Qarabağ"ın Fransa yığmasının sabiq üzvü Florent Maludanı heyətinə qatdığı barədə iddiaların səsləndiyi ilə bağlı məlumatını vermişdik.

Mətbuatda "Trabzonspor"dan ayrılan Maludanın "Qarabağ"ın transfer gündəmində olduğu deyilirdi. Hətta “wikipedia”da da oyunçunun komandası kimi "Qarabağ" qeyd olunub.

Məsələyə klubun baş məşqçisi Qurban Qurbanov aydınlıq gətirdi. Publika.az-a açıqlama verən baş məşqçi xəbəri təkzib etdi:

“Bu taamamı ilə yanlış məlumatdır. Heç bir əsası yoxdur. Mən də bu barədə mətbuatdan eşitmişəm. Ümumiyyətlə bu futbolçu ilə maraqlanmamışıq”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm