• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Milli Rusiyadan rüsvayçı məğlubiyyətlə qayıdır

  • İdman
  • 3 Sentyabr 2014 22:33
  • 421 Baxış
Milli Rusiyadan rüsvayçı məğlubiyyətlə qayıdır

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti yoxlama matçına çıxıb. Publika.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamızın bu dəfəki sınaqçı rəqibi Rusiya olub.

Bəribaşdan qeyd edək ki, bu komanda millimiz üçün tanış rəqib idi. Belə ki, Rusiya iki dəfə dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına rəqib olub. Bundan öncə 4 dəfə qarşılaşmış komandaların görüşlərində ruslar hər iki ev oyununda qələbə qazanmışdılar (2:0, 1:0), Bakıdakı görüşlər isə eyni hesabla bitmişdi - 1:1. Yoxlama oyunları çərçivəsində isə bu komandalar ilk dəfə üz-üzə gəlirdilər.

Rusiya ilə oyun yığmamızın AÇ-2016-nın seçmə mərhələsi öncəsi son sınağı idi. Bu ayın 9-da komandamız Bakıda yeni tsiklin açılış oyununda Bolqarıstanı qəbul edəcək. Ona görə də baş məşqçi Berti Foqts Moskvadakı görüşdə məhz qarşıdakı rəsmi oyun üçün heyəti müəyyənləşdirməyə çalışacaqdı. Amma rusların böyükhesabla qalib gəldiyi görüşdə yığmamızda böyük problemlərin olduğu diqqət çəkdi. Moskvadakı görüş millimizin seçmə mərhələyə heç də tam hazır olmadığını isbatladı.

Yoxlama oyunu

3 sentyabr

Rusiya - Azərbaycan - 4:0 (3:0)

Qollar: A.Kerjakov, 6 (1:0), A.Kerjakov, 11 (2:0), S.İqnaşeviç, 41 (3:0), V.Qranat, 81 (4:0).
Sarı vərəqə: D.Poloz, 31.

Baş hakim: Rövşən İrmatov (Özbəkistan).

Moskva. “Ximki Arena”.

Rusiya: 1. İqor Akinfeyev (12. Yuri Lodıqin, 46), 22. İqor Smolnikov, 23. Dmitri Kombarov (2. Sergey Parşivlyuk, 71), 14. Vasili Berezutski (k), 4. Sergey İqnaşeviç (13. Vladimir Qranat, 46), 8. Denis Qluşakov, 10. Alan Dzaqoyev, 17. Oleq Şatov (7. Məhəmməd Ozdoyev, 46), 18. Denis Çerışev (21. Aleksey İonov, 82), 15. Dmitri Poloz (19. Aleksandr Səmədov, 77), 11. Aleksandr Kerjakov.

Ehtiyat oyunçular: Artyom Rebrov, Kirill Nababkin, Andrey Semyonov, Viktor Fayzulin, Aleksandr Kokorin, Maksim Kanunnikov, Yuri Qazinski.

Baş məşqçi: Fabio Kapello.

Azərbaycan: 1. Kamran Ağayev, 2. Bədavi Hüseynov (8. Qara Qarayev, 46), 3. Rasim Ramaldanov, 9. Cihan Özkara (16. Cavid Hüseynov, 58), 10. Rüfət Dadaşov (7. Vaqif Cavadov, 46), 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov (4. Mahir Şükürov, 72), 17. Vüqar Nadirov (27. Araz Abdullayev, 79), 21. Ruslan Əmircanov, 25. İlkin Qırtımov (19. Rahid Əmirquliyev, 46).

Ehtiyat oyunçular: 23. Səlahət Ağayev, 12. Emil Balayev, 5. Elvin Yunuszadə, 11. Rauf Əliyev, 20. Ufuk Budak.

Baş məşqçi: Berti Foqts.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR