• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Argentina Almaniyanı belə “əzdi” – VİDEO

  • İdman
  • 4 Sentyabr 2014 09:31
  • 1 109 Baxış
Argentina Almaniyanı belə “əzdi” – VİDEO

Ötən gün dünyanın yaşıl meydanlarında bir-neçə yoxlama oyunu keçirilib.

Publika.az xəbər verir ki, millimizlə yanaşı, Avropanın bir neçə yığması da beynəlxalq yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

Ən çox maraqla gözlənilən oyun Almaniyada baş tutub. Burada son dünya çempionu olan Yoahim Lövün komandası Argentina ilə qarşılaşıb. "DÇ-2014"ün finalında məhz bu iki komanda üz-üzə gəlmiş və almanlar 1:0 hesablı qələbə ilə mündialın qalibi olmuşdu.

Yoldaşlıq görüşü isə 4:2 hesabı ilə Argentina yığmasının xeyrinə başa çatıb. Bununla da Argentina mundialın finalındakı məğlubiyyətin revanşını almış oldu.

Türkiyə millisi də yoxlama matçında qüvvəsini sınayıb. Fatih Terimin komandası səfərdə Danimarka ilə qarşılaşıb. Türkiyə millisi 0:1 hesabı ilə geri düşsə də, qələbə qazanmağı bacarıb - 2:1.

3 sentyabr

Yoldaşlıq oyunları

23:45. Almaniya - Argentina - 2:4

Qollar: Aquero, 20 (0:1), Lamela, 40 (0:2), Fernandez, 48 (0:3), di Mariya, 50 (0:4), Şürrle, 52 (1:4), Qötze, 78 (2:4)

21:30. Litva – BƏƏ -1:1

Qollar: Matulevicius, 41 (1:0), Sanqor, 90+3 (1:1)

22:00. Ukrayna – Moldova - 1:0

Qol: Bezus, 63 (1:0)

22:45. Latviya – Ermənistan- 2:0

Qollar: Sabala, 60 (1:0), Sabala, 75 (2:0)

23:00. Danimarka – Türkiyə - 1:2

Qollar: Agger, 35-pen (1:0), O.Şahan, 55 (1:1), Tufan, 90+2 (1:2)

23:15. Çexiya – ABŞ - 0:1

Qol: Bedoya, 39 (0:1)

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR