“O həkimə inanma!”
Bizi izləyin

İdman

“O həkimə inanma!”

“O həkimə inanma!”

Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında "Arsenal"la oyunda zədələnən "Beşiktaş"ın futbolçu Demba Ba klub həkimi Ertoğrul Karanlıkın onu müalicə etməsini istəməyib.

Publika.az xəbər verir ki, Ba yaxın dostu və həmyelisi Moussa Sounun xəbərdarlığından sonra belə addım atıb.

Karanlık bir vaxtlar "Fənərbaxça"da işləyib və Souya səhv diaqnoz qoyub:

“Dizi dəhşətli haldadır. Futbol oynaya bilməz”.

Bu səhv diaqnoza görə, Karanlıkın "sarı-göylər"dəki işinə xitam verilmişdi.

Sou Demba Baya belə deyib:

"Ertoğrul Karanlıka müraciət etmə. Mənə "futbol həyatın bitdi" demişdi”.

Bundan sonra Demba Ba həmin həkimdən imtina edərək Fransaya uçub. O, Franada bir vaxtlar Sounun zədəsini sağaldan türk həkim Osman Fatih Aydoğdunun klinikasına gedib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm