Mircavadov: “Bu, siyasi baxımdan da faydalıdır”
Bizi izləyin

İdman

Mircavadov: “Bu, siyasi baxımdan da faydalıdır”

Mircavadov: “Bu, siyasi baxımdan da faydalıdır”

“Qarabağ” Avroliqanın qrup mərhələsinə düşməklə bütün Azərbaycanı sevindirdi.

İndi hər kəs “Qarabağ”ın qrup mərhələsindəki oyunlarını gözləyir.

Təmsilçimiz F qrupunda yer alıb. Qeyd edək ki, bu qrupda “İnter”, “Sent-Etyenn” və “Dnepr” kimi klublar var. Tanınmış futbol mütəxəssisi Ağasəlim Mircavadov Publika.az-a verdiyi açıqlamada “Qarabağ”ın qrupunu dəyərləndirdi:

“Qarabağ”ın düşdüyü qrup güclüdür, tanınmış komandalar var. Bu qarşılaşmalarda gərək təmsilçimiz sakit və rahat oyun sərgiləsin. Çünki qrup oyunları "pley-off”la müqayisədə fərqli olur. Son illər Fransa klubları Avrokuboklarda zəif çıxış etsələr də, artıq inkişaf var.

"İnter” haqda söz deməyə ehtiyac yoxdur, güclü komandadır. İki il əvvəl "Neftçi” "İnter”dən İtaliyada 1 xal almışdı, bunun səbəbləri müxtəlifdir. Ola bilər ki, "İnter” özü Avropa Liqasında oynamağa maraq göstərməsin.

Avropanın elə klubları var ki, Avroliqada iştirak etmək istəmir. Bu klublar üçün Çempionlar Liqası daha vacibdir. Son illər "İnter” İtaliyada zəif çıxış edir. Ola bilər ki, komanda bu il daha yaxşı oyun göstərsin, həm də Avroliqada da uğur əldə etsin.

"Dnepr” isə sovet dövründə də yaxşı oynayıb, indi də... "Qarabağ” öz taktikası ilə çıxış etsə, inanıram ki, nəticə yaxşı olacaq. "Qarabağ” Avropanın tanınmış 3 komandasını Bakıya gətirəcək, bu, özü də yaxşı haldır. Çünki dekabrın sonuna qədər Avropa futbolunun gündəmində "Qarabağ” Azərbaycan klubu kimi təbliğ olunacaq. Bu, siyasi baxımdan da faydalıdır”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm