Arif Əsədov təqdim olundu – FOTOLAR
Bizi izləyin

İdman

Arif Əsədov təqdim olundu – FOTOLAR

Arif Əsədov təqdim olundu – FOTOLAR

Böyükağa Hacıyevin istefasından sonra “Neftçi”nin baş məşqçi postuna Arif Əsədovun təyin olunduğu barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, Əsədəov bu gün komandaya təqdim olunub. Onunla 2 illik müqavilə imzalanıb. Elmir Xankişiyev isə köməkçi məşqçi vəzifəsinə təyin edilib. “Neftçi”nin prezidenti Sadıq Sadıqov ona yeni işində uğurlar arzulayıb.

Arif Əsədov ona göstərilən etimada görə klub prezidentinə təşəkkürünü bildirib:

“İlk növbədə klub prezidenti Sadıq Sadıqova təşəkkür edirəm ki, məni yenidən “Neftçi”yə dəvət etdi. Bu komanda həmişə mənim üçün doğma olub. Həm futbolçu, həm də məşqçi kimi “Neftçi”də püxtələşmişəm.

Bu komandanın hər zaman yüksək yerlər uğrunda mübarizə apardığını bilirəm. Bu komandada çempionluq sevinci yaşamışam. Çalışacağıq ki, “Neftçi”nin ötən mövsüm çempionatdakı uğursuzluğunu unutduraq”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm