Ronaldodan etiraf – Həsrət çəkir
Bizi izləyin

İdman

Ronaldodan etiraf – Həsrət çəkir

Ronaldodan etiraf – Həsrət çəkir

“Real”ın ulduzu Kriştiano Ronaldo yenə də eyhamlı açıqlama ilə gündəmə gəlib.

Publika.az xəbər verir ki, portuqaliyalı ulduz “Mançester Yunayted”ə qayıtmağın əleyhinə olmadığını bildirib. Ronaldo İngiltərə ilə bağlı xoş xatirələrinin olduğunu deyib:

“Mən “Mançester Yunayted”i sevirəm. Bunu dəfələrlə təkrarlamışam. Bu komanda mənim ürəyimdədir. Orda mənim çoxlu dostlarım var. “Mançester Yunayted”in azarkeşləri də möhtəşəm idi. Nə vaxtsa ora qayıtmaq istəyirəm.

Ronaldonun bu açıqlamasını mətbuat ulduz futbolçunun narazılığı kimi qələmə verib. İddia olunur ki, Ronaldo klubun transfer siyasətindən narazıdır və “Real”ı tərk etmək haqda düşünür. Portuqaliyalı xüsusən də yaxın dostu Di Mariyanın komandadan getməsini həzm edə bilmir. Kriştiano onun gedişinə görə klub rəhbərliyini günahlandırır.

Qeyd edək ki, Ronaldo 2009-cu ildə “Mançester Yunayted”dən “Real”a 80 milyon funt sterlinqə transfer olunub.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm