İrqçiliyə görə ağır cəza
Bizi izləyin

İdman

İrqçiliyə görə ağır cəza

İrqçiliyə görə ağır cəza

Portu-Aleqri şəhərinin təmsilçisi “Qremio” Braziliya kuboku yarışlarından kənarlaşdırılıb.

Buna səbəb azarkeşlərin “Santos”un qapıçısı Aranyini irqçi şüarlarla təhqir etməsi olub. Publika.az xəbər verir ki, Braziliyanın İdman Məhkəməsi stadiona azarkeşlərin buraxılmaması ilə yanaşı, “Qremio”ya 50 min Braziliya realı məbləğində pul cəriməsi də kəsib.

Qeyd edək ki, hadisə avqustun 28-də Braziliya kubokunun 1/8 final mərhələsinin ilk oyununda yaşanıb. “Santos” “Qremio”ya 2:0 hesabıyla qalib gəlib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm