Millidə pul davası
Bizi izləyin

İdman

Millidə pul davası

Millidə pul davası

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu Bakıda Azərbaycana qarşı keçirəcək Bolqarıstan millisində ara qarışıb.

Futbolçular ölkə futbol federasiyasından (BFS) mükafat tələb edir. Publika.az xəbər verir ki, milli komanda Avropa çempionatının final mərhələsinə yüksələcəyi təqdirdə BFS-dən 2,2 milyon avro mükafat istəyir.

Lakin BFS bu tələbi yerinə yetirməkdən imtina edib. Yığma komandanın aparıcı simaları ilə BS rəhbərliyinin görüşündə tərəflər ortaq məxrəcə gələ bilməyib.

UEFA Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan hər ölkəyə 5,5 milyon avro verəcək. Futbolçular bu məbləğin 2,2 milyonunun mükafat qismində paylanılması tələbilə çıxış edib.

Qərara alınıb ki, tərəflər Azərbaycanla oyundan sonra yenidən danışıqlar masası arxasına keçsinlər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm