Həkimlər Orxan Sadıqlıya səhv diaqnoz qoyublar
Bizi izləyin

İdman

Həkimlər Orxan Sadıqlıya səhv diaqnoz qoyublar

Həkimlər Orxan Sadıqlıya səhv diaqnoz qoyublar

"Xəzər Lənkəran”ın qolkiperi Orxan Sadıqlı U-21-in İsraillə oyundan öncə zədələndiyi xəbəri yayıldı.

Mətbuatda futbolçunun zədəsinin ciddi olduğu bildirilirdi. Ancaq sonradan məlum olub ki, futbolçuya səhv diaqnoz qoyulub. Məsələyə aydınlıq gətirmək üçün “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. Publika.az-a danışan klub rəsmisi yayılan xəbəri təsdiqlədi:

“Orxan Sadıqlı millidən komandanın düşərgəsinə zədəli qayıdıb. Bu zədə İsraillə oyundan öncə, məşqdə baş verib. Orxan komandamıza gəldikdə bildirdi ki, millidə ona əməliyyata ehtiyac olduğunu deyiblər.

Ancaq biz onu təkrar müayinə etdirdik. Bundan sonra Orxanın zədəsinin əməliyyata ehtiyac olmadığı aşkarlandı. Diaqnoz səhv qoyulub, qopma yox, sadəcə əzilmə və bunun fonunda ödüm yaranıb. Hazırda fərdi məşqlər edir, Üç günə komanda ilə məşqlərə qoşulacaq”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm