Stadionlarda göbələk və kitab paylanacaq
Bizi izləyin

İdman

Stadionlarda göbələk və kitab paylanacaq

Stadionlarda göbələk və kitab paylanacaq

Britaniyanın həvəskar klubları stadiona gələn azarkeşlərin sayını artırmaq üçün müxtəlif variantlara əl atır.

Bəzi klub rəhbərləri bilet qiymətlərini aşağı salmaqla buna nail olmağa çalışır. Ancaq ən maraqlı təşəbbüs Saffolk təmsilçisi "Bunqay Toun" klubundan gəlib. Publika.az xəbər verir ki, klubun rəhbərliyi azarkeşləri oyunlara gətirmək üçün onlara səbətlərdə göbələk hədiyyə etməyi planlaşdırır. "Bunqay Toun"un vitse-prezidneti Şon Koul bu barədə "BBC Sport"a danışıb:

"Bizim göbələk təchizatçımız var. Ona görə də fikirləşdik ki, niyə olmasın? Keçmiş prezident göbələk yetişdirir. Ötən il azarkeş sayını 60-70 faiz artıra bilmişdik. Bu nəticəni əldə edə bilsəydik, razı qalardım".

Başqa bir təşəbbüs də "Kidderminster Harriers" klubundan gəlib. Rəhbərlik uşaq kitablarının pulsuz verilməsini təşkil edəcək.

"Truro City" isə "Hitchin Town"a qarşı oynayacağı görüşdən əvvəl tərəfdarlarına klubun şərflərini paylamağı düşünür.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm