“Səfər qolu” üstünlüyü ləğv olunur?
Bizi izləyin

İdman

“Səfər qolu” üstünlüyü ləğv olunur?

“Səfər qolu” üstünlüyü ləğv olunur?

UEFA “səfər qolu” qaydasında yenilik etmək istəyir.

Publika.az xəbər verir ki, bu barədə məlumatı “Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyuson verib.

Nionda UEFA-nın məşqçilərlə bağlı seminarı keçirilib. Ferqyuson bildirib ki, seminarda bu məsələ müzakirə edilib:

“Səfər qolu” üstünlüyü 1965-ci ildən tətbiq edilir. Ancaq indi bəziləri düşünür ki, bu qayda artıq köhnəlib. Səfər-ev oyunlarının müasir futbolda əhəmiyyət kəsb edib-etməməsi yönündə müzakirələr oldu. Bir çoxları iddia edir ki, müasir futbolda səfər-ev oyunları arasında ciddi fərq yoxdur”.

Məsələ hələ ki, açıq qalır. UEFA-nın növbəti seminarlarında bu yöndə müzakirələr davam etdiriləcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm