Özündən narazıdır
Bizi izləyin

İdman

Özündən narazıdır

Özündən narazıdır

Azərbaycan Premyer Liqasının ilk 4 turundan sonra milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə qısa istirahətə buraxılan "Qəbələ" hazırlıqlarını bərpa edib.

Komandanın gənc futbolçusu, klubun akademiyasının yetirməsi olan Elvin Camalov fasilə dövrü, ardınca keçiriləcək V turun “Simurq”la oyunu haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb:

"Fasilədən mümkün qədər yararlanıb, çıxışımızı tam hazır formada davam etdirəcəyik. “Simurq” yaxşı tanıdığımız bir komandadı. Yaranan fasilə Zaqatala klubu ilə matça yaxşı hazırlaşmaq üçün imkan verdi. Lazımınca hazırlaşıb səfər matçına qələbə üçün gedəcəyik”.

Camalov komandanın ilk 4 turdakı çıxışını da dəyərləndirib:

“Fikrimcə, 4 turdan sonra nə isə söyləmək hələ tezdi. “Qəbələ” mövsümlərarası fasilədə heyətinə yeni oyunçular qatan komandadı. Bu üzdən də futbolçular arasında anlaşmanın istənilən səviyyədə olması üçün müəyyən zamana ehtiyac var idi. Ümid edirəm ki, qarşıdakı oyunlarda bütün bunlar qaydasına düşəcək və qələbələri sıralayacağıq.

Heyətin yeni qurulduğunu nəzərə alsaq, ilk 4 turdan sonra 6 xal toplamağımızı yaxşı nəticə kimi dəyərləndirmək olar. Növbəti turlarda “Qəbələ” potensialını tam ortaya qoya biləcək”.

Yalnız IV turun AZAL-la ev oyununu buraxan Camalov ilk 3 turda sonradan meydana daxil olub. 19 yaşlı yarımmüdafiəçi bu matçlardakı çıxışına da toxunub:

“Üç görüşdə meydana çıxdım. Öz oyunumdan razı qalmadım. Çünki bundan da yaxşısını bacara bilərdim. Bunun üçün də öz üzərimdə çox çalışmalı, növbəti oyunlarda verilən şanslardan maksimum yararlanmalıyam. Baş məşqçimiz şans versə, növbəti turlarda da meydanda olub, komandam üçün əlimdən gələni edəcəm".

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm