“Hafka”nın İngiltərədəki layihəsi baş tutmadı
Bizi izləyin

İdman

“Hafka”nın İngiltərədəki layihəsi baş tutmadı

“Bakı”nın prezidenti “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovun İngiltərənin "Şeffild Uensdey" klubunu almaq istəyi baş tutmayıb.

Bu barədə klubun prezidenti Milan Mandariç məlumat verib. Publika.az xəbər verir ki, o, İngiltərə mətbuatına açıqlamasında bunları deyib:

"May ayının sonlarında cənab Hafiz Məmmədovla razılaşmışdıq. Alınsaydı, cənab Məmmədov klubumuzun əsas sahibi və baş sponsoru olacaqdı. Onun bizim klubun inkişafına dair fikirləri məni çox cəlb etdi və bu razılığı verməyimdə əsas rol oynadı.

Təəssüf edirəm ki, bu layihəni həyata keçirməyimiz mümkün olmadı. Ümid edirəm ki, cənab Məmmədov Azərbaycandakı problemlərini həll edəcək. Amma mən klubumuzun səhmlərinin satışı ilə bağlı müxtəlif şayiələrin çoxalmasına imkan verə bilmərəm. Artıq köməkçilərimə də səhmlərin satışının dayandırılması ilə bağlı göstəriş vermişəm".

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm