Donuz banerinə görə 80 min cərimə
Bizi izləyin

İdman

Donuz banerinə görə 80 min cərimə

Donuz banerinə görə 80 min cərimə

UEFA Polşanın “Legiya” komandasını cərimələyib.

Publika.az xəbər verir ki, “Legiya” 80 min avro cərimə olunub. Buna səbəb isə klub azarkeşlərinin “Aktobe” ilə Avroliqanın “pley-off” mərhələsində keçirilən matçda açdığı baner olub.

Banerdə UEFA funskioneri donuz obrazında təsvir olunub. Azarkeşlər bu addımı UEFA-nın “Seltik”lə oyundan sonra “Legiya”aya verdiyi zəzaya görə atıblar.

Çempionlar Liqasının 3-cü seçmə mərhələsində “Legiya” “Seltik”ə hər iki oyunda qalib gəlmişdi. Evdə 4:1, səfərdə 2:0. Amma səfərdə baş tutan görüşdə polşalılar meydana cəzalı futbolçu buraxdığı üçün UEFA onlara texniki məğlubiyyət (0:3) vermişdi. Nəticədə növbəti mərhələyə “Seltik” adlamışdı.

Varşava klubunun apelyasiya şikayəti də qəbul olunmamışdı.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm