• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Prezidenti tənqid etdi

  • İdman
  • 5 Sentyabr 2014 13:35
  • 370 Baxış
Prezidenti tənqid etdi

"Marsel”ın baş məşqçisi Marselo Belsa klubun prezidentini tənqid edib.

Buna səbəb kimi də mövsümlərarası fasilədə yarıtmaz transfer siyasətini göstərib. Publika.az xəbər verir ki, Belsa klubun prezidenti Vensan Labrünü verdiyi sözə əməl etməməkdə ittiham edib:

"Qorxmadan deyə bilərəm ki, bizim transfer bazarındakı fəaliyyətimiz bərbad oldu. Klubun prezidenti mənə tamam başqa şeyi söz vermişdi.

Düşünürəm ki, söz verəndə arxasında dura bilməyəcəyini anlayırdı. Əgər mənə dərhal həqiqəti desəydi, onu qəbul edərdim. İndi elə hiss edirəm ki, mən heç kiməm”.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR