Millimiz Çexiyaya çimərlikdə divan tutdu
Bizi izləyin

İdman

Millimiz Çexiyaya çimərlikdə divan tutdu

Millimiz Çexiyaya çimərlikdə divan tutdu

Bu gün İtaliyanın Jesolo şəhərində təşkil olunan çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsinə start verilib.

Publika.az xəbər verir ki, Azərbaycan millisi ilk oyununda Çexiya ilə qarşılaşıb. Futbolçularımız bu rəqib üzərində inamlı qələbəyə sevinib.

Çexiya - Azərbaycan - 1:4 (1:0, 0:2, 0:2)

Qollar: Zeynalov, 6 (0:1), Allahquliyev, 14 (1:2), Hüseynov, 23 (1:3), A.Zeynalov, 27 (1:4).

Millimiz bu oyunda aşağıdakı heyətlə mübarizə aparıb: Əbdül Əliyev, Sabir Allahquliyev, Hikmət Bağırov, Comərd Baxşəliyev, Elçin Qasımov, Əli Hüseynov, Asif Zeynalov, Zeynal Zeynalov, Orxan Məmmədov, Vaqif Şirinbəyov, Amid Nəzərov, Renat Sultanov.

Qeyd edək ki, Çexiya ilə yanaşı yığmamızın yer aldığı C qrupunda İspaniya və Bolqarıstan yığmaları da var.

Publik.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm