“Dərsimi aldım, əzab çəkirəm”
Bizi izləyin

İdman

“Dərsimi aldım, əzab çəkirəm”

“Dərsimi aldım, əzab çəkirəm”

Corcio Kyellinini dişlədiyinə görə FİFA tərəfindən dörd aylıq futboldan kənarlaşdırılan Luis Suares İspaniya mətbuatına maraqlı açıqlamalar verib.

Publika.az xəbər verir ki, "Barselona"nın yeni transferi hazırkı vəziyyətindən narazıdı. O, komandasının oyunlarını kənardan izləməyin ona əzab verdiyini söyləyib:

"Barselona"nın oyunlarını kənardan izləyərkən əzab çəkirəm. cəzamın az bir hissəsi geridə qalıb və artıq indidən komandamın oyunlarını çarəsizcə izləməyin sıxıntılarını yaşayıram. Sadəcə, danışa və ya bağıra bilərəm.

Bu vəziyyətlə barışa bilmirəm. Dərsimi aldım. Artıq çox diqqətli olmalıyam. İngiltərədə də belə vəziyyətlə qarşılaşmışdım və öhdəsindən gəlmişdim. Belə təzyiq altında oynamağa adət etmişəm".

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm