Milyonçular qrupunu idarə edən Ferqyusonun sirri - Futboldan həyata dərs
Bizi izləyin

İdman

Milyonçular qrupunu idarə edən Ferqyusonun sirri - Futboldan həyata dərs

Milyonçular qrupunu idarə edən Ferqussonun sirri

Milyonçular qrupunu idarə edən sosialistin sirri

Elə insanlar var ki, əsl həyat nümunəsi hesab olunurlar. Onlara həmişə rəğbət olub. Ser Aleks Ferqyuson da belələrindəndi. Onun peşəkar, unudulmaz karyerası buna misaldı. Şotland çalışdırıcı futboldan ayrıldıqdan sonra ilk dəfə həm keçmişi vərəqləyib, həm də gələcək planlarından danışıb. Publika.az gənc idmançılar, mütəxəssislər üçün əsl dərs vəsaiti sayıla biləcək müsahibəni təqdim edir:

«Cavan idim, hər şey mənə tez təsir edirdi»

- Premyer-Liqada klub sahiblərinin çoxu əcnəbidi. Bu, sizdə narahatlıq yaratmır ki?

- Heç bir narahatlığım yoxdu. Məni “Mançester Yunayted”lə bağlı olan şeylər narahat edə bilər.

- Bu vaxta qədər gördüyünüz ən yaxşı oyunçu kim olub?

- Pelenin oyunlarını böyük heyranlıqla və maraqla izləyirdim. Sonra Peleylə birlikdə Maradonanı da sevməyə başladım. Cavan idim, hər şey mənə tez təsir edirdi. Amma sonra anladım ki, mənim üçün təkcə Pele önəmlidi. Söhbət bu gündən gedirsə, Messi və Ronaldo. Onlar inanılmazı bacarırlar.

- Bacarıq, sahib ola biləcəyin ən yaxşı şeydi?

- Həmişə söyləmişəm, indi də deyirəm. Sahib ola biləcəyin ən yaxşı şey cəsarətdi. Cəsarətli olan futbolçu topu asanlıqla saxlaya bilər, rəqiblərdən qorxmaz və həmişə özünü sübut etmək imkanı qazanar. Bütün böyük futbolçular dediyim cəsarətə sahibdilər.

«Martin Edvards və Bobbi Çarlton mənə çox inanırdı»

- Klubunuz həmişə sizin arxanızda oldu. Bu sizə əlavə güc verirdi?

- Kluba gəldiyim ilk illərdə həmişə mənə inanmaları və ən çətin anlarımda belə dəstək olmaları uğurlar qazanmağımda böyük rol oynadı.

- İşinizə xitam verilməsini istəyənlər də olmuşdu...

- Bəli, doğrudu. Bir, ya da iki pankartda bu barədə yazılar oldu. Həmin vaxt özümə inamım azalmışdı. Ancaq əzmimi heç vaxt itirmədim. Etdiklərimin doğru olduğunu bilirdim. O vaxtlar klubun idarə heyətində yer alan Martin Edvards və Bobbi Çarlton mənə çox inanırdı. Onlar nə olduğunun fərqində idilər. Devid Bekhem, Rayan Giqqz, Pol Skoulz, Nikki Batt, Harri və Fil Nevill qardaşları ilə birlikdə çalışırdım. Onlar üçün xüsusi işlər görürdüm. Hamısı eyni vaxtda əsas komandada oynamağa başladılar. Yəni insanlar bu günkü “Yunayted”i dəyərləndirərkən adlarını çəkdiyim oyunçuların komandadakı rolunu anlamırlar. Onlar indiki “Mançester Yunayted”in fantastik ruhunu yaratdılar.

- Nə vaxtsa kiməsə kin bəsləmisiz?

- Xeyr, heç vaxt. Amma bu çox önəmli məsələdi. İnsanları kinli olub-olmamaları ilə tanımaq daha rahatdı. Kin yoxdusa, insanlar həmin adama rahat və tez güvənirlər.

«Futbolçuları yaxşı insan etməlisən»

- Universitetlərin birində sevgi və nifrəti bir-birindən ayıran araşdırma aparmaq istəyirdilər. Siz isə onların qarşısına «Ferqyuson formulu» adlı kitabla çıxırsız. Bu kitab nə üçündü? İnsanlara liderliyin və idarəetmənin sirlərini öyrədirsiz?

- Daha çox liderliyin sirlərindən bəhs olunur. Bəzən elə olur ki, milyonerlərdən ibarət bir qrupu idarə etməli olursan. Burda idarəetmə çox vacibdi. Çünki bəzən onların daxilinə nələrisə əlavə etməli olursan. Məsələn, futbolçuları daha yaxşı insan etməlisən və ya xarakterlərini dəyişməlisən. Belə çox misallar çəkə bilərik. Bunun riyaziyyat və ya tarix dərsləriylə heç bir əlaqəsi yoxdu. Söhbət insanları ən yaxşı olacaqlarına inandırmaq üçün onlara verdiyin ilhamdan gedir.

- Onda belə çıxır ki, futbolçulara həyatı öyrədirsiz?

- Bəli, bunun çox vacib olduğunu düşünürəm. Onların xarakterlərini də inkişaf etdirmək lazım olur. Doğru xarakterə yüksəldiklərində sizi heç vaxt yarı yolda qoymayacaqlar. Meydana çıxdıqları zaman onlara öyrətdiyin hər şey üçün vuruşacaqlar. Daim qazanmaq mentalitetinə və əzmkarlığa sahib olacaqlar. Eyni zamanda, məğlub durumda belə necə davranmalı olduğunuzu bilməlisiz. Bəzən isə özünüzü onların yerinə qoymalısız. Mən sonuncu varianta daha çox üstünlük verdiyimi düşünürəm.

«Daha böyük rəqabət harda var?»

- Sizə başqa klublardan təklif gəlmişdimi? Sizə nə təklif etdiklərinin önəmi olmadımı?

- “Mançester”də olduğum müddətdə bir neçə yerdən təklif aldım. Hamısına da eyni cavabı verdim: “Yunayted”dən niyə ayrılım ki? Daha böyük rəqabət harda vardı?

Burda bir dəfə qazandığınla kifayətlənməməlisən. “Mançester Yunayted”də bir uğurdan sonra yenisini qazanmağa məcbursan. Yerində dayana bilməzsən. Rəqabət budu. Daim qazanmaq istəyini qorumaq mənim sahib olduğum tutarlı amildi.

- 1995-ci ildən Qleyzer ailəsi klubu idarə etməyi başladı. Nəsə dəyişiklik oldumu?

- Heç bir şey dəyişmədi. Öncə klubun azarkeşləri Qleyzerlərin klubun almasını qəbul etmirdilər. Sonradan hər kəs onların burda yaratdıqlarını çox bəyəndi. Eyni zamanda onlarla işləmək mənə də rahat idi. Onlar işlərimə heç vaxt qarışmadılar. Hətta mənə zəng edib, problem varmı deyə soruşmadılar. Bu, çox vacib məsələdi. Onlarla dəfələrlə görüşürdüm. Amma heç vaxt komanda müzakirə mövzumuz olmadı.

- Roman Abramoviç haqqında nə düşünürsüz?

- “Çelsi”də qəribə vəziyyət var. Tez-tez məşqçi dəyişikliyinə əl atırlar. Bu da onlara təsirsiz ötüşmür. Hər şeyə rəğmən, onlar həmişə bizim ən böyük rəqiblərimizdən biri olub.

«Runinin etdikləri göz önündədi»

- Ueyn Runiylə aranızda nə baş vermişdi?

- Heç nə olmamışdı. Məni narahat edən heç bir şey yaşanmadı. Həmin vaxt işlərimiz yaxşı getmirdi. Zaman ötdü və o, enerjisini bərpa etdi. Etdikləri isə göz önündədi.

- Onu oğlunuz kimi düşünürdüz?

- Runi komandaya gələndə 17 yaşı vardı. Birlikdə hər şeyin ən yaxşısı üçün vuruşduq. Çox gözəl günlərimiz oldu.

- Amma sonu pis oldu...

- Mən elə düşünmürəm. O, indi də qarşıma çıxsa, əlimi sıxar.

- Onun kimi oyunçuları necə tərbiyələndirirdiz?

- Həftəlik maaşlarını kəsirdim.

- Bəs əsas heyətdən kənar qoymazdız?

- Xeyr, bunu heç vaxt etməzdim!

«Bu vaxta kimi etmədiklərimi edəcəm»

- Futbola geri dönmək şansı yoxdu?

- Artıq qərarımı vermişəm. Geriyə dönmək fikrim yoxdu. İndi bu vaxta kimi etmədiklərimi edəcəm. “Kentuki” derbisini, “Melburn” kubokunu (dünyanın ən məşhur at yarışlarından ikisi) yaxından izləmək istəyirəm, Fransadakı üzüm bağlarında olmağı çox arzulayıram.

- Hələ də Deyvid Moyesin arxasındasız?

- Əlbəttə. Buna yüz faiz əmin ola bilərsiz. Klub rəhbərliyi ona həmişə dəstək olacaq. O da hər dəfə daha yaxşı işlər görəcək.

- Yeni işiniz haqda danışın.

- Həm “Mançester Yunayted”in, həm də UNICEF-in böyük elçisiyəm. Çox yaxşı işdi. Bilirsiz ki, UNICEF dünyada xeyirxah əməllərlə məşğuldu. Tailandda oldum. Orda maddi ehtiyac içində və müxtəlif problemləri olan uşaqlarla birlikdə vaxt keçirdim. Bizim işimiz onlara maddi dəstək qazandırmaqdı. Bunun üçün bizim kimi insanların əməyinə ehtiyac var. Həmçinin, uşaqlar bizimlə birlikdə çətinliklərini qısa müddətli olsa da unudaraq, çox gözəl zaman keçirdilər. Fərqli işdi. Amma burda da rəqabət yaratmaq lazımdı.

- Hələ də sosialistsiz?

- Bəli. Bu, heç vaxt dəyişməyəcək. Mən sosialist insanların arasında böyüdüm. Anam, atam sosialist idi. Dəyişməməyim mənə heç vaxt zərər vermədi.

- Qırdığınız rekordları, möhtəşəm karyeranızı düşünərkən, qazandıqlarınızı və itirdiklərinizi xatırlayırsız?

- Yaxşı sualdı. Yaşadığım məğlubiyyətlər haqqında danışa bilərəm. “Mançester Siti”yə 1:6 və 1:5 hesabıyla uduzduğumuz oyunları heç vaxt unutmaram. “Siti”yə öz meydanımızdakı məğlubiyyətdən sonra evə gəlib, başımı yastığın altına soxmuşdum. Heç kimi görmək istəmirdim. Həyat yoldaşım məndən nə olduğunu soruşdu. 1:5 hesabıyla uduzduğumuzu söylədim. O, «sən heç vaxt belə hesabla məğlub olmazsan» dedi. İndi də xatırlayanda özümü yaxşı hiss etmirəm.

«Nə baş verdiyini anlamırdım»

- Bəzi oyunçular barədə danışaq. Öncə Giqqz...

- Onun ailəsiylə isti münasibətlərim olub. Anası bizim üçün çay, yemək hazırlayardı. O, anasını çox istəyirdi. İlk növbədə ananın diqqətini, sevgisini cəlb etmək lazımdı. Ananız yanınızda olarsa, uğurlar həmişə sizinlə olar.

- Harri Nevill...

- Mükəmməl xarakterə sahib bir insandı. Hər gün səhər 6-da oyanıb, bütün qəzetləri oxuyar. Bütün dünyada nələrin baş verdiyini bilmək istəyər. Uğurlu insan nümunəsidi. Dahi deyil. Amma çox-çox yaxşı insandı. Ona mənimlə çalışmağı təklif etdim. Amma istəmədi.

- ...və bir vaxtlar Devid Bekhem adlı bir gənc vardı...

- Devid? Bəli, inanılmaz insandı. Demək istədiyim odu ki, o, özünü çox gözəl yetişdirib. Əla adamdı.

- Bunları necə etdi?

- Hər zaman gözəl gülüşü vardı. Özünü çox gözəl təqdim edərdi. Onu 12 yaşı olanda kəşf etdim. Daxilində hər şeyin ən yaxşısını bacarmaq arzusu vardı. Məşqlərdə əzmlə çalışırdı. Hətta gün ərzində dərslər bitdikdən sonra belə məktəbin həyətində yoldaşları ilə məşq edərdi. Giqqz və Skoulzla bir dönəmdə idi. Sonra bir qızla evləndi və həyatı dəyişdi.

- “Spays Görlz” (mahnı qrupu)...

- Hə. Onun fikirləri, məqsədi tamam dəyişmişdi. Tamamilə şöhrətpərəst olmuşdu. Mən futbol adamı idim. O isə artıq mənlik deyildi.

- Bu zaman ona nəsə demədiz? Yolundan döndərməyə çalışmadız?

- Ağlı başında deyildi. Sözlərimə qulaq asmayacaqdı. Hər zaman “mən aşiq olmuşam” deyirdi. O vəziyyətdə onun üçün edə biləcəyimiz bir şey yox idi. Demək olar ki, hər şeyini itirmişdi. Ancaq “Real”da özünü toparlaya bildi. Gözlərimə inana bilmirdim. Həmçinin nə baş verdiyini anlamırdım. Ən yaxşı olduğuna əmin olmaq üçün getdi və bacardı da. Yoxsa buna icazə verməzdim. O, “Mançester”dən sonra “Real”da da ən yaxşı olmağı bacarmışdı. Daha sonra özünü yenidən kəşf etdi. Yaşına rəğmən, millisinin şərəfini qorumaq imkanı əldə edirdi. “Milan”da da yaxşı işlər gördü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm