4,5 milyardlıq boşanmanın dağıtdığı tifaq
Bizi izləyin

İdman

4,5 milyardlıq boşanmanın dağıtdığı tifaq

4,5 milyardlıq boşanmanın dağıtdığı tifaq

Etdiyi transferlərlə diqqətləri özünə cəlb edən “Monako” rəhbərliyi arxada qoyduğumuz transfer pəncərəsi zamanı heyətini gücləndirmək əvəzinə, aparıcı oyunçularının başqa klublara keçməsinin qarşısını ala bilmədi.

Bu məqam diqqətdən yayınmaya bilməzdi. Radamel Falkao ilə Xames Rodrigesin satılması və yaranmış boşluğu doldura biləcək oyunçuların alınmaması komanda daxilində ciddi problemin olmasından xəbər verirdi. Problem nə ola bilərdi?

Publika.az xəbər verir ki, “Monako”da baş verən hadisələr futbol ictimaiyyəti tərəfindən araşdırılıb. Artıq ortaya şok məqam çıxıb. Belə ki, knyazlıq klubunun sahibi Dmitri Ribolovlev həyat yoldaşından boşanıb. Dmitrinin həyat yoldaşı əmlakdan pay istəyib. Məhkləmə onun iddiasını təmin edib.

Beləliklə, rus oliqarx keçmiş həyat yoldaşına 4,5 milyard dollar ödəməli olub. Bahalı boşanmadan sonra Ribolovlev “Monako”nın büdcəsini azaltmaq qərarına gəlib. Klubun strategiyasında dəyişikliklər edib. “Ağ-qırmızılar”ın 80 milyon dollarlıq vergi borcunun olması onun işini xeyli çətinləşdirib.

Klubunun cəzalana biləcəyindən qorxan rus biznesmen Falkao və Rodrigesin komandadan ayrılmasına razı olub. Həmin keçidlərdən qazanılan pullarla vergi borcu tamamilə ödənilib. Yaranmış vəziyyətin nə vaxta qədər davam edəcəyi bilinmir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm