Şakərindən qalmır – Bu dəfə kəllə atdı – FOTO
Bizi izləyin

İdman

Şakərindən qalmır – Bu dəfə kəllə atdı – FOTO

Şakərindən qalmır – Bu dəfə kəllə atdı – FOTO

Dünyanın ən qalmaqallı futbolçularından sayılan Mario Balotelli yenə də dinc durmayıb.

Publika.az xəbər verir ki, Mario yeni klubu “Liverpul”da da insidentə səbəb olub. Hadisə “Liverpul”la “Vulverhemton” arasında keçirilən yoldaşlıq görüşündə baş verib.

Bağlı qapılar arxasında keçirilən oyunda Balotellinin rəqib futbolçu Corc Sevillaya kəllə atdığı iddia olunur.

Epizodların birində Corcla nəyisə bölüşdürə bilməyən Balotelli meydanda olduğunu unudub. Bundan sonra hakimlə söhbətləşən Mario meydanı tərk edib.

Maraqlıdır ki, oyundan sonra hər iki komandanın rəhbərliyi belə bir insidentin olduğunu təkzib edib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm