Türkiyə təlaşda - İdmançılar virusa yoluxdu
Bizi izləyin

İdman

Türkiyə təlaşda - İdmançılar virusa yoluxdu

Türkiyə təlaşda - İdmançılar virusa yoluxdu

Türkiyənin qadınlardan ibarət basketbol üzrə milli komandası Ankarada olarkən ciddi problemlə üzləşib.

Publika.az xəbər verir ki, A millisinin oyunçuları - Tuğba Palazoğlu və Esra Ural xəstəxanalıq olub. İki idmançı ilə yanaşı onlarla bir oteldə qalan federasiyanın digər əməkdaşları da eyni şikayətlə xəstəxanaya gedib.

Komandanın qaldığı oteldə millinin üzvlərinə verilən sular nişanlı olduğu üçün krandan istifadə edilən suyun mikroblu olması təxmin edilir. Son günlərdə Ankarada rəsmi xəbərdarlıqlar edilməsə də, Kızılırmaktan gələn şəhər suyunun kifayət qədər təmizlənmədiyi, ağır metallarla dolu və mikroblu olduğu ilə bağlı geniş söz-söhbətlər yayılıb.

Hətta bəzi inşalar öz doğmalarına “Diş fırçalayarkən də ehtiyatlı olun. Yuyunarkən suyun ağzınıza getməməsinə diqqət göstərin” xəbərdarlığını edib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm