İngiltərədə görünməmiş qalmaqal
Bizi izləyin

İdman

İngiltərədə görünməmiş qalmaqal

İngiltərədə görünməmiş qalmaqal

İngiltərənin futbol ictimaiyyəti yeni qalmaqalla sarsılıb.

Publika.az xəbər verir ki, İngiltərə Futbol Federasiyası (FA) oyun alqı-satqısı ilə bağlı yeni faktlar əldə edib. İngiltərə mətbuatının məlumatına görə, FA tərəfindən hazırlanan hesabatda yüzlərlə insanın ölkə daxilində oynanan matçlarda alqı-satqıya qarışması bildirilir.

Şübhəli matçların əksəriyyəti 2012/13 mövsümündə baş tutub. Oyun alqı-satqısında adı hallanların əksəriyyəti İngiltərə yığmasının keçmiş oyunçularıdı. Onlardan bəziləri hazırda da karyerasını davam etdirir. Artıq məsələyə İngiltərə polisi də qarışıb. Lakin polis istintaqın davam etməsi səbəbindən şübhəlilərin adlarını açıqlamayıb.

FA rəsmisi David Nevton isə xəbəri təsbiq edib:

"Oyun alqı-satqısı ilə bağlı əlimizdə çox sayda fakt var. Bunları mətbuata açıqlamaq istərdik, amma bu anda hər hansı problemin yaranmasını istəmirik. Əmin olun ki, qanunlarımız çərçivəsində bunlara qarşı tədbir görüləcək. Amma bəzi oyunçulara bu dəqiqə cəza verə bilmirik. Çünki bu halda çempionatlar çökə bilər".

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm