“Traktorsazi”nin oyununda türk-fars dili qalmaqalı
Bizi izləyin

İdman

“Traktorsazi”nin oyununda türk-fars dili qalmaqalı

“Traktorsazi”nin oyununda türk-fars dili qalmaqalı

İran çempionatının 7-ci turunda qalmaqal yaşanıb.

Publika.az xəbər verir ki, bu tur Təbrizin “Traktorsazi” klubu Tehranda “Persopolis”lə qarşılaşıb. Fars şovinistlərinin azarkeşlik etdiyi “Persopolis”lə görüş “Traktorsazi”nin qələbəsi ilə başa çatıb.

Hesabı meydan sahibləri açsa da, təbrizlilər 3 qol vuraraq inamlı qələbə qazanıb. Tehranda Təbriz klubunu xeyli azarkeş dəstəkləyib. Onlar bütün oyun boyu “Ruhani, Ruhani, vədlərin bəs hanı?”, “Yaşasın Azərbaycan”, ”Urmu gölü susuzdu, Azərbaycan oyanmasa, uduzdu” şuralarını səsləndiriblər.

Oyundan sonra keçirilən mətbuat konfransında “Traktorsazi”nin futbolçuları fars jurnalistlərin suallarına cavab verməkdən imtina edib.

Təbriz klubunun baş məşqçisi Rəsul Xətibi futbolçuların addımını belə izah edib:

“Təbrizli jurnalistlərdən biri futbolçularımıza yaxınlaşaraq qardaşım Hüseyn Xətibiyə türkcə sual verib. Hüseyn də ona türkcə cavab verib. Bu da farsların acığına gəlib. Sual verən jurnalisti otaqdan çıxarıblar. Bundan sonra tehranlı jurnalistlər futbolçularımızdan farsca danışmağı tələb ediblər. Onlar da bununla razılaşmayaraq mətbuat konfransı keçirilən otağı tərk ediblər”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm