Dünyanın gözü Özbəkistanda – FİLA adını dəyişdi
Bizi izləyin

İdman

Dünyanın gözü Özbəkistanda – FİLA adını dəyişdi

Dünyanın gözü Özbəkistanda – FİLA adını dəyişdi

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə böyüklər arasında güləş üzrə dünya çempionatına start veriləcək.

Publika.az-ın məlumatına görə, turnir sentyabrın 14-dək davam edəcək. Çempionatdan öncə keçirilən FİLA-nın növbəti Konqresində Azərbaycanı qurumun İcraiyyə Komitəsinin üzvü, AGF-nin vitse-prezidenti Namiq Əliyev təmsil edib.

Tədbirdə quruma yeni prezident seçkiləri keçirilib. Nenad Laloviç yeganə namizəd kimi yekdilliklə yenidən quruma rəhbər seçilib. O, bu vəzifəni qarşıdakı 6 il ərzində icra edəcək.

Konqresdə, eyni zamanda, uzun müddətdir müzakirəsi aparılan ad dəyişikliyi də baş tutub. Belə ki, Beynəlxalq Güləş Federasiyası - FİLA bundan sonra United World Wrestling - Dünya Güləş Birliyi adlanacaq.

Günün ikinci yarısında 2015-ci ildə bir sıra nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edəcək ölkə nümayəndələrinin təqdimatları keçirilib. Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının sədri Bəhmən Talebi Bakıda keçiriləcək I Avropa Oyunları barədə geniş məlumat verərək Azərbaycanın bu yarışa səylə hazırlaşdığını bildirib. Sonra I Avropa Oyunlarına həsr olunmuş videoçarx nümayiş etdirilib. Təqdimat Konqres iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, çempionatın ilk günündə 57, 70, 86 və 125 kq çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparacaq.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm