Ulduz futbolçu “lipa” çıxdı - FOTO
Bizi izləyin

İdman

Ulduz futbolçu “lipa” çıxdı - FOTO

Ulduz futbolçu “lipa” çıxdı - FOTO

"Mançester Yunayted"in "Monako"dan icarəyə götürdüyü Radamel Falkao ilə bağlı şok iddia yayılıb.

Publika.az xəbər verir ki, İngiltərənin məşhur "The Sun" qəzeti kolumbiyalı forvardın orta məktəb illəriylə bağlı bəzi sənədləri ələ keçirib. Qəzet iddia edir ki, Falkaonun 28 yox, 30 yaşı var. Yəni futbolçu 1986-cı ildə yox, 1984-cü ildə dünyaya gəlib. "The Sun" bununla bağlı sənədin şəklini də paylaşıb.

İddialara görə, Falkao sənədlərdə göstərildiyi kimi Santa-Marta şəhərində yox, Boqota şəhərində doğulub. Futbolçu hələ ki, bu iddialara cavab verməyib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm