• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Qapıda yanğınsöndürən, yarımmüdafiədə polis...

  • İdman
  • 8 Sentyabr 2014 12:03
  • 386 Baxış
Qapıda yanğınsöndürən, yarımmüdafiədə polis...

Cəbəllütariq yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib.

Polşaya 7-0 hesabı ilə məğlub olan Cəbəllütariqin heyətində həvəskar futbolçular oynayıb. Publika.az xəbər verir ki, milli komanda müxtəlif peşə sahələrində çalışan insanlardan qurulub.

Nəzərə alsaq ki, müxtəlif peşə sahibləri olan həvəskarlar əsl peşəkar futbolçulara qarşı forma geyiniblər, onda nəticənin elə də bərbad olmadığını düşünmək olar.

İlk rəsmi oyununu keçirən Cəbəllütariq yığmasının qapıçısı yanğınsöndürəndir. Dayaq yarımmüdafiəçisi polisdir. Yarımmüdafiədə elektrik , anbardar və polis oynayır. Hücumda isə satıcı çıxış edir.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR