İdman
Prezident: “O, özbaşına deyil, cəzalandırılacaq”
UEFA prezidenti Mişel Platini Frank Riberinin Fransa millisindəki karyerasını başa vurmasına sərt reaksiya verib.
Publika.az-ın məlumatına görə, Platini Riberini tənqid edib və
bildirib ki, o, özbaşına millidən getməklə bağlı qərar verə
bilməz:
“Riberi millidə qalıb-qalmayacağı haqda qərar verə bilməz. Baş
məşqçi Didye Deşam onu dəvət edərsə, milli komandada oynamaq
məcburiyyətindədir. Bu, FİFA-nın qaydalarında da var. Əgər Riberi
Deşamın dəvətini rədd etsə, çıxış etdiyi “Bavariya” klubunda üç
oyunluq cəzalandırılacaq.
O fransalı olsa da, ölkəsində təşkil olunacaq Avropa çempionatında iştirak etməkdən boyun qaçırır. Bunu anlamaq mümkün deyil".
Qeyd edək ki, zədə səbəbindən “DÇ-2014”dən kənarda qalan Riberi
ötən ay millidəki karyerasını başa vurduğunu açıqlayıb.
Xatırladaq ki, Fransa Futbol Federasiyası da Riberinin bu qərarını
qəbul etməyib.
Aygün İlqarqızı
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO