“Lipa” olduğu deyilən çempionumuzla bağlı rəsmi açıqlama: “Təxribatdır”
Bizi izləyin

İdman

“Lipa” olduğu deyilən çempionumuzla bağlı rəsmi açıqlama: “Təxribatdır”

“Lipa” olduğu deyilən çempionumuzla bağlı rəsmi açıqlama: “Təxribatdır”

Rusiya mətbuatında Çinin Nanjinq şəhərində keçirilən yeniyetmələrin olimpiya oyunlarında çempion olan sərbəst güləşçimiz Teymur Məmmədov haqda xoşagəlməz xəbər yayılması barədə məlumat vermişdik.

Məlumata görə, güləş üzrə beynəlxalq dərəcəli hakim, Belçikanın "Raeren 2006" klubunun vitse-prezidenti İsa Qambulatov Beynəlxalq Güləş Federasiyasına məktub ünvanlayıb. Məktubda olimpiya oyunlarında iştirak edən bir neçə güləşçinin, həmçinin Teymur Məmmədovun yaşını azaltdığı iddia olunub.

Qambulatov olimpiya oyunlarına təxminən 2 ay qalmış - iyunun 22-də bildirib ki, Azərbaycan yığmasının üzvü Teymur Məmmədov əslində 1991-ci il təvəllüdlü, Saxa-Yakutiyada doğulan, tanınmış mütəxəssis İnnokenti Koçkinin rəhbərliyi altında 3 saylı idman məktəbində məşq etmiş Timur Məmmədovdur.

Məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Güləş Federasiyası ilə əlaqə saxladıq. Publika.az-a danışan AGF-nin baş katibi Əjdər Cəfərov xəbəri təkzib edib. Baş katib bunu güləşçilərimizin uğurlarına kölgə salmaq üçün edilən təxribat olduğunu bildirdi:

“Yazılanlar həqiqətə uyğun deyil. Olimpiya oyunları kimi mötəbər bir yarışda iştirak üçün bir neçə instansiyadan keçmək lazımdır. Dünya Güləş Birliyi (əvvəlki FİLA) və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən bütün sənədlər yoxlanılır, nəzarətdən keçir.

Əgər yazılanlar doğru olsaydı, DGB və BOK buna göz yumardımı? Bu, Azərbaycan Güləş Federasiyasının sistemli fəaliyyətinə, güləşçilərimizin uğurlarına kölgə salmaqdan başqa bir şey deyil. Bu cür şayiələrə, boş sözlərə fikir vermək lazım deyil”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm