İtaliyada ən çox məvacib alan kimdir?
Bizi izləyin

İdman

İtaliyada ən çox məvacib alan kimdir?

İtaliyada ən çox məvacib alan kimdir?

İtaliya A seriyasında futbolçuların məvacibləri azaldılıb.

Publika.az xəbər verir ki, ötən il 20 klubun məvacib xərcləri 912 milyon avro olubsa, bu mövsüm 849 milyon avro təşkil edib. Ötən illə müqayisədə klublar 62 milyon qənaət ediblər.

Futbolçulara ən çox məvacib verən klub “Yuventus”dur - 118 milyon avro. Sonrakı yerləri "Roma" (98 milyon avro) və "Milan" (94 milyon avro) tutur.Ən az əmək haqqı verən klub isə “Empoli”dir - 11 milyon avro.

“Roma”nın yarımmüdafiəçisi Daniele De Rossi İtaliya çempionatının ən yüksəködənişli futbolçusu statusunu hələ də özündə saxlayır. İtaliya millisinin 31 yaşlı xavbekinin illik qazancı 6,5 milyon avrodu. İkinci pillədə “Napoli”nin hücumçusu Qonsalo İquayn qərarlaşıb - 5,5 milyon avro.

“İlk üçlüy”ü 4,5 milyon avro gəlirlə “Yuventus”un forvardı Karlos Teves qapayır. Karlitos həmçinin komandasının ən yüksəködənişli futbolçusudu.

“Fiorentina”nın alman hücumçusu Mario Qomeş ildə 4,25 milyon avro qazanır. 4 milyon avroluq qazancı isə A seriyasının bir çox futbolçularında görmək olar: Canluici Buffon, Arturo Vidal (hər ikisi – “Yuventus”), Fernando Torres, Filipp Mekses (hər ikisi – “Milan”).

İtaliyada ən az qazanan futbolçu isə “Sassuolo”nun 18 yaşlı hücumçusu Ettore Qliotsidi. Onun illik gəliri 20 min avrodu.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm